Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir

4-10 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir. 
Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılmış və ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumlyator və 13 külmə balığı aşkar edilərək götürülmüşdür. Həmin şəxs barəsində müvafiq qaydada akt tərtib olunmuş və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilmişdir.
Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülmüşdür. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşlar.
Zaqatala rayonu Donbabinə kəndinin "Qırğıllıbinə" adlanan sahəsində də qanunsuz ovla məşğul olan Zaqatala rayon Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılmışdır. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunmuş və həmin şəxs 1000 manat məbləğində cərimə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılmış və ondan 1 ov tüfəngi götürülmüşdür.
Həmin şəxs barəsində akt və protokol tərtib edilmiş və 1000 manat məbləğində cərimə olunmuşdur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında