Binəqədi rayonunda Novruz şənliyi keçirilmişdir

Respublikamızın hər bir guşəsində Novruz şənliklərinin təntənə ilə keçirilməsi bir daha onu göstərir ki, bu el bayramı hazırda da yüksək dəyərləndirilir, böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunur.
Binəqədi rayonunda, metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı parkda rayon icra hakimiyyətinin təşəbbüsü ilə Novruz bayramının böyük təntənə ilə keçirilməsi də bunun bariz ifadəsidir.
Şənlikdə Bahar qızı, Kosa və Keçəl xüsusi maraqla qarşılandı. Milli adət-ənənələrimizin nümayişi diqqətlə izlənilirdi. Qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandıran səhnələr göstərilir, şən, oynaq musiqi sədaları ətrafı bürüyürdü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən aşıq musiqisi dalğa-dalğa hər tərəfə yayılır, mərasim iştirakçılarında xoş ovqat doğururdu.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə idmançılar da məharətlərini göstərdilər. Sonra bayram xonçalarının nümayişi üzrə müsabiqə keçirildi. Yeri gəlmişkən, şənlikdən sonra həmin xonçalar rayondakı "N" saylı hərbi hissəsinə göndərildi.
Mərasimə qatılan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev şənlik iştirakçılarını bu gözəl bayram münasibətilə təbrik etdi və xoş arzularını bildirdi. Dedi ki, dinamik inkişaf yolu ilə irəliləyən, bütün sahələrdə böyük uğurlar qazanan Azərbaycan bu il də Novruz bayramını ruh yüksəkliyi və xoş ovqatla qeyd edir.
Bayram mərasimində iştirak edən Binəqədi kənd sakini Adil Əhmədov minilliklər boyu formalaşan bu əziz bayramın ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğuladı. Müəllim Məqsəd Nəbiyev isə göstərdi ki, Azərbaycan xalqı heç vaxt öz milli xüsusiyyətlərini itirməyib, assimilyasiyaya düçar olmayıb, öz dilini, adət-ənənəsini, milli bayramlarını qoruyub saxlayıb. Daha sonra bildirdi ki, bu bayram - Novruz yüksək mənəviyyat xəzinəsidir. Milli-mədəni sərvətlərimizin zənginliyini özündə təcəssüm etdirir. Böyük mənəvi gücə malik olan Bahar bayramı - Novruz insanlar arasında münasibətləri gücləndirir, dostluq, qardaşlıq duyğularını gücləndirir... Tibb işçisi Dürdanə Bayramova dedi ki, Novruz təkcə Azərbaycanda təmtəraqla qeyd edilmir. Bu bayram bütün dünyada soydaşlarımız tərəfindən sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların azərbaycançılıq məfkurəsi işığında doğma Vətənə bağlılıq duyğularını daha da gücləndirir.
Mərasimin sonunda əlillərə, eləcədə şəhid və aztəminatlı ailələrin üzvlərinə bayram sovqatı paylanmışdır.
Bayram şənliyində Milli Məclisin deputatları M.Musayev və R.Cəbrayılov iştirak edirdilər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında