Avropa İttifaqının nümayəndələri Gəncədə

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Aİ-nin qonşuluq və genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragosu qəbul edib. Görüşdə İqtisadiyyat Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Hikmət Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonya Fonteyn də iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq, onlara Azərbaycanın ikinci böyük şəhəri barədə məlumat verib. Qeyd edilib ki, 4000 illik tarixə malik Gəncə mədəniyyət beşiyi hesab edilir. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dünya şöhrətli şairlər burada yaşayıb- yaratmışlar. Hazırda Gəncədə 3 universitet, 3 kollec və 2 peşə təhsili mərkəzi fəaliyyət göstərir. Azərbaycanın ikinci böyük sənaye şəhərində “Det-Al” Aliminium, “Gəncə Avtomobil”, “Əlvan Metal Emalı”, “Gil-Torpaq istehsalı” zavodları fəaliyyət göstərir, “Süni mərmər-qranit” və “Gəncə Kərpic” zavodlarının inşası isə ilin sonuna kimi yekunlaşacaq. Bununla yanaşı, şəhərdə bir sıra sosial layihələr icra edilir, geniş abadlıq-quruculuq işləri aparılır. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə, ACES Europe təşkilatı tərəfindən növbəti il üçün Avropanın İdman Şəhəri elan edilib. 

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Gəncəyə təşkil olunan səfərdə  əsas diqqət kənd təsərrüfatı, turizm və peşə təhsili sahələrinə yönəldiləcək.

Gəncədə Aİ-nın dəstəyi ilə “Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsinin təqdimatı baş tutacaq. Elmar Vəliyev layihənin icrası ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Bunlar Peşə Kompetensiya Mərkəzi məzunlarının maraqlarının qorunması və əmək bazarında işlə təmin oluna bilmələri üçün “Karyera Mərkəzi”nin yaradılması, sahibkarlarla mütəmadi əlaqənin olması və onların sifarişinə uyğun kadrların hazırlanması, həmçinin layihə çərçivəsində xarici dövlətlərin təcrübəsinin öyrənilməsi üçün ezam ediləcək şəxslərin düzgün seçilməsi və gənc kadrlara üstünlük verilməsidir.

Bütün bunlarla yanaşı, görüşdə həmçinin gəclər, idman, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində “Yerli və regional inkişaf: Gəncə-Qazax iqtisadi zonasında şərab turu” da baş tutub. Görüşdən sonra qonaqlar “Gəncə Şərab - 2” ASC-yə baş şəkib, üzüm sahələri və istehsal prosesi ilə tanış olublar.

Şərab turu GİZ tərəfindən “Gəncə-Qazax İqtisadi Regionunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi yerli özünüidarəetmə qurumlarının idarəetmə və regional inkişafla bağlı ərazi planlama bacarıqlarının artırılmasıdır. 

Qonaqlar Gəncədən sonra Şəmkir və Göygölə də səfər edəcəklər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında