Ağsu rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər

Heydər Əliyev Mərkəzində məktəbəqədər tərbiyə müəssisələrinin iştirakı ilə Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirilmişdir. Nəğmə oxumaq və şeir söyləməkdə fərqlənən uşaqlara hədiyyələr təqdim olunmuşdur. Həmçinin bayram münasibəti ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil olunmuşdur. Yarmarkada alıcılara təklif olunan məhsullar bazara nisbətən 20 -25 faiz ucuz idi. 
Novruz bayramı münasibətilə əlaqədar rayonun mərkəzi küçələri və Heydər Əliyev Parkı xüsusi zövqlə bəzədilmişdi. Mərkəzi küçələri faytonla gəzən Bahar qız sakinləri salamladı və bayram münasibəti ilə təbrik etdi. Heydər Əliyev Parkına gələn Bahar qız Novruz tonqalını alovlandırdı. Bayram münasibətilə Heydər Əliyev Parkında bir neçə yerdə Novruz süfrəsi açılmış, milli oyunlar təşkil olunmuş və müxtəlif musiqi kollektivlərinin iştirakı ilə bir neçə yerdə əyləncələr təşkil olunmuşdur.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, millət vəkili Ərəstun Cavadov və rayonun idarə və müəssisə rəhbərləri Heydər Əliyev Parkını gəzərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.
Sonra yay konsert kompleksində Ağsu Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivinin və Bakıdan dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə konsert təşkil olundu.

{nl}


İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında