Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Gəncə şərabını sevməmək mümkün deyil...”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragos, eləcə də nümayəndəliyin üzvləri Gəncədə olarkən “Gəncə Şərab-2” ASC-yə də baş çəkib, üzüm sahələri və istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində “Yerli və regional inkişaf: Gəncə-Qazax iqtisadi zonasında şərab turu” GİZ tərəfindən “Gəncə-Qazax İqtisadi Regionunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi yerli özünü idarəetmə qurumlarının idarəetmə və regional inkişafla bağlı ərazi planlama bacarıqlarının artırılmasıdır.

Qonaqları “Gəncə Şərab-2” ASC-nin istehsalat üzrə sədr müavini,  baş şərabçı Elbrus Əhmədov qarşılayaraq müəssisənin dünəni, bu günü və gələcəyi haqqında ətraflı məlumat vermiş, istehsal etdikləri şərab məhsullarının Avropa bazarında yerinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Sonra qonaqlar şərab emalı sahəsində olublar. Ən müasir texnologiya ilə təchiz olunmuş istehsal prosesi qonaqlarda xoş təəssürat yaratmışdır.  Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri Kestutis Yankauskas demişdir: “Mən sizin müəssisənin istehsal etdiyi şərabları çox sevirəm, onun dadına yaxşı bələdəm. İnanmıram ki, Avropada əsl şərabın nə olduğunu bilən bir kimsə Gəncə şərabını bəyənməsin. Bu şərabı sevməmək sadəcə mümkün deyil...”

Məlumat üçün bildirək ki, “Gəncə Şərab-2” ASC-nin məhsulları artıq Avropada yaxşı tanınır. Müəssisənin məhsulları bir sıra nüfuzlu müsabiqələrdə ən yüksək mükafatlara layiq görülür. Elə bu yaxınlarda Moldovada keçirilən dequstasiya müsabiqəsində 12 ölkənin təqdim etdiyi 450 növ şərab məhsulları arasında Gəncənin “Hilside Classico 1990” şərabı bu nüfuzlu Beynəlxalq müsabiqənin ən yüksək mükafatına-Qran-Pri-yə layiq görülmüşdür. Bundan başqa “Hilside Reserv 2014”, “Hilside Saperavi 2015”, “Hilside Cuvee” şərabları da həmin müsabiqədə qızıl medallar almışlar.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

                  

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında