Səbaillilərin əsgərlərə bayram sovqatı

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Novruz bayramı ərəfəsində cəbhə bölgəsində rayonun hamilik etdiyi "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı olmuşlar. Səbaillilər əvvəlcə cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmışlar. Qonaqlar həmin hərbi hissədə xidmət edən Səbail rayonundan hərbi xidmətə çağrılmış əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin hədiyyələrini çatdırmışlar. 
Hərbi hissənin şəxsi heyəti ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu bildirmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da hərbçiləri bayram münasibəti ilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Dadaş Abdullayev hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrə və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlığını bildirmişdir.
Sonra respublikamızın tanınmış incəsənət ustaları bayram tonqalı ətrafında döyüşçülərimiz üçün böyük konsert vermişlər. Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər, Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.
Səbail rayonunun nümayəndələri rayonla əlaqələri olan DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsində də olmuşlar. Burada da böyük bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün səbaillilərə minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında