“Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” sərgisində

“Gilan Holding”in məhsulları 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (WorldFood Azerbaijan) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) böyük maraq doğurub. Nəticədə “Gilan Holding”in “Kənd təsərrüfatı portfeli” müştərilər üçün ən cəlbedici stendə görə, “Gündəlik tələbat məhsulları portfeli” isə ən yaxşı məhsul təqdimatına görə sərgilərin təşkilatçısı tərəfindən xüsusi təşəkkürnamələr ilə təltif ediliblər.

 

"APA-Economics"in məlumata görə, sərgilərdə “Gilan Holding” həm daxili stend, həm də açıq havada olan pavilyonla təmsil olunub. “WorldFood Azerbaijan” sərgisində “Gilan Holding”-in istehsal etdiyi “Jalə” şirələri, “Bağdan” kompotları, mürəbbələri, konservləşdirilmiş məhsulları, “Mia” limonadları, “ImTea” soyuq çayı, “Chipsim Impuls” kartof çipsləri və digər məhsullar nümayiş etdirilib. 

“Gilan Pivot” və “DoctorAgro”-nun stendlərində ziyarətçilər Azərbaycanda istehsal olunan pestisidlərin müxtəlif növləri və müasir pivot suvarma sistemləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat alıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında