Dövlət siyasətinin əsas məqsədi tam və məhsuldar məşğulluğa nail olmaqdır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov gündəliyin mühüm komponenti olan 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında