Hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsi diqqət mərkəzindədir

Xəbər verildiyi kimi, Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində ölkələrimiz arasında dövlətlərarası hüquqi yardım haqqında ilk müqavilələr imzalanmışdır. 
Qonaqlar penitensiar sistemdə həyata keçirilən islahatlarla maraqlanmış, müasir Bakı istintaq təcridxanasına baş çəkmiş, məhkumlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonaqlar respublikanın bölgələrinə səfər edərək regional ədliyyə qurumlarında ədliyyə işçiləri, hakimlər və prokurorlarla görüşmüşlər. Hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə faydalı təcrübə mübadiləsi aparılmış, Azərbaycanda çoxşaxəli, o cümlədən regionların sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətləri mərakeşlilər yüksək dəyərləndirmişlər. Mərakeşdə də islahatların aparılmasının nəzərdə tutulduğunu vurğulayan qonaqlar bu baxımdan Azərbaycanın təcrübəsindən bəhrələnmək istəyində olduqlarını bildirmişlər.
Avropa İttifaqı ilə xüsusi tərəfdaş statusuna malik olan Mərakeşin zəngin təcrübəyə malik üzvləri hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə mövzusunda Məhkəmə-Hüquq Şurasında keçirilən təlimlərdə iştirak etmiş, beynəlxalq antikorrupsiya tədbirləri, hüquq sistemində korrupsiyaya şərait yaradan hallara qarşı mübarizəyə dair səmərəli fikir mübadiləsi aparmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında