Mərakeşin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti martın 18-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir. Son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Ali Məhkəmənin sədri Mərakeşin ədliyyə nazirinin ölkəmizə səfərinin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəyinə əminliyini bildirmişdir.
Mərakeş Krallığının məhkəmə sistemindən söz açan ədliyyə naziri Məhəmməd Nəsiri iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mərakeşli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Mərakeşin ədliyyə naziri xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Mərakeşin ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında