Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşmüşdür

Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Teymuraz Şaraşenidze martın 18-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür. 
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, K.Heydərov qonağa respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Nazir hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılmışdır.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlığının daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında