ATƏT-in fəaliyyətdə olan sədri əsirlərin dəyişdirilməsini alqışlamışdır

Ermənistanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis martın 18-də Yerevanda münaqişə tərəflərini Dağlıq Qarabağ probleminin nizamlanması prosesində irəliləyişlər əldə etməyə və snayperləri qoşunların təmas xəttindən dərhal geri çəkməyə çağırmışdır.
Mətbuat üçün açıqlama verən A.Ajubalis demişdir ki, prezidentlərin razılaşması əsasında dünən Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsinin baş tutmasını alqışlayıram. Biz atəşkəs rejimini gücləndirməli və tərəflər arasında digər etimadyaradıcı vasitələrdən istifadə etməliyik. Hesab edirəm ki, tərəflər martın 5-də Soçidə razılaşdığı kimi, təmas xəttində baş vermiş insidentlər araşdırılacaqdır.
İndi danışıqlar prosesində əsl dönüş yaradılmasının vaxtı yetişmişdir.
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz ölkələrinə beşgünlük səfəri Yerevanda başa çatmışdır.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında