Xeyriyyə aksiyası YAP-ın fəaliyyətində prioritet istiqamətlərdəndir

Martın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin (GB) təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilmişdir. 
Aksiya zamanı Bakının rayonlarında yerləşən 60-a yaxın əlil, kimsəsiz, şəhid və digər aztəminatlı ailələrə baş çəkilmiş və Novruz bayramı münasibətilə sovqat paylanmışdır. Sovqat əsasən düyü, yağ, çay, şəkər, toyuq əti və digər ərzaq məhsullarından ibarətdir.
YAP GB-nin sədri Seymur Orucov bildirmişdir ki, əhalinin aztəminatlı təbəqəsinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində keçirilən bu tədbir partiyanın fəaliyyətində prioritet istiqamətlərdən biridir. Gələcəkdə Azərbaycanın digər rayonlarında da belə aksiyalar təşkil olunacaqdır.
Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə, partiyanın sədri, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında