ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 15-dən 17-dək Bakı, Yerevan və Dağlıq Qarabağa gerçəkləşdirdikləri səfərin nəticələri barədə bəyanat yaymışlar. 
Bəyanatda bildirilir ki, həmsədrlər səfər müddətində Azərbaycan və Ermənistanın dövlət başçıları, xarici işlər nazirləri, Dağlıq Qarabağda isə separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirmiş, Yerevana döndükdən sonra ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşmüşlər. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik səfər müddətində həmsədrləri müşayiət etmişdir.
Həmsədrlər tərəfləri martın 5-də Soçidə Rusiya Prezidenti D.Medvedevin təşəbbüsü ilə təşkil edilmiş görüşdə yaranmış müsbət məqamlardan yararlanmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün baza prinsiplərinə dair razılığın əldə edilməsi istiqamətində inkişafa nail olmaq məqsədi ilə prioritet məsələlərə diqqət yönəltməyə çağırmışdır.
Həmsədrlər tərəflərlə 1994-cü ildən qüvvədə olan atəşkəs rejiminin pozulmasına qarşı araşdırmalar aparmaq barədə tərəflərin Soçidə qəbul etdikləri birgə bəyanatın həyata keçirilməsi üçün konkret tədbirlərin görülməsi barədə müzakirələr aparmışlar.
Həmsədrlər vurğulamışlar ki, Soçi görüşündən əvvəl və sonra qoşunların təmas xəttində baş vermiş insidentlər belə bir mexanizmin yaradılmasının vacibliyini nümayiş etdirir və onlar bir daha tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırmışlar.
Həmsədrlər, həmçinin tərəflərə snayperlərin təmas xəttindən uzaqlaşdırılması barədə uzun müddətdən bəri irəli sürdükləri təklifi xatırlatmışlar. Həmin təklifin hələ də həyata keçirilməməsi ilə bağlı təəssüfləndiklərini ifadə edən həmsədrlər, günahsız insanların həyatını xilas edə biləcək həmin təklifin qəbul olunmasını yenidən təkid etmişlər.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında