Özbəkistanla əmək və məşğulluq sahəsində əməkdaşlıq genişləndirilir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.

Azərbaycanla Özbəkistan arasında  tarixi qardaşlıq münasibətləri üzərində əlaqələrin daim inkişaf etdiyini vurğulayan S.Babayev milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə aparılan siyasətin, eyni zamanda, əmək resurslarının səmərəli məşğulluğunun təminatı prinsipinə əsaslandığını qeyd edib. Nazir bu istiqamətdə əldə olunan nailiyyətlər, işçi qüvvəsinin daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq rəqabət qabiliyyətinin artırılması, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, məşğulluq xidmətlərinin təkmilləşdirilməsinin və əmək bazarında rolunun artırılmasının da əsas hədəflərdən olduğunu qeyd edib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Görüş zamanı S.Babayev Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Özbəkistan tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. 

Ş.Kudbiyev Özbəkistanda əmək bazarında mövcud vəziyyətdən,  ölkəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə həyata keçirilən aktiv tədbirlərdən, aparılan məşğulluq siyasətinin əsas istiqamətlərindən bəhs edib. O, həmçinin ölkəsinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin daha geniş müstəvidə qurulması üçün yaxşı imkanların mövcud olduğu, bu imkanların reallaşdırılması üçün tərəflərin müvafiq səylər göstərəcəkləri vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədin hazırlanmasına dair yekdil fikir ifadə olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında