Elektron hərraca qoşularaq seçdiyin əmlakın sahibi ol

İnternet vasitəsilə, heç bir yerə getmədən də əmlak sahibi olmaq mümkündür. Belə ki, Elektron hərrac vasitəsilə alıcılar hərrac günü sifariş verdiyi əmlakı onlayn şəkildə özəlləşdirə bilər. İstənilən şəxs Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə keçiriləcək növbəti hərracda bu üstünlüklərdən faydalana bilərlər. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

 

Qeyd edilməlidir ki, onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, privatization.az saytına, Elektron Hökumət portalına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin 10-u sənaye, 6-sı tikinti, 3-ü təmir sahəsinə aiddir. Həmin səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Beyləqan, Goranboy və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan qeyri-yaşayış sahəsinin 36-sı Bakıda, qalanı isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 12 kv.m ilə 419 kv.m arasında dəyişir. Bu isə investorların biznes planına uyğun istədiyi əmlakı tapmağa imkan yaradır.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Qeyd edilməlidir ki, Komitənin sosial şəbəkələrdəki (facebook, instagram, twitter) rəsmi səhifələrində də Elektron hərracın keçirilmə qaydaları ilə bağlı mütəmadi məlumatlar yerləşdirilir. 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında