Nazir Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Gəncədə və Yevlax rayonundakı bir sıra sosial xidmət və reabilitasiya müəssisələrinə baş çəkib. O, Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib. 

Mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək. 
S.Babayev mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin da burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılmasını tapşırıb. 
Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini nəzərdən keçirib, müvafiq tapşırıqlar verib. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.
Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb. 
Nazir Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olan insanlara bərpa müalicəsi xidmətləri göstərən mərkəzdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. S.Babayev müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.


Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında