Nəsimi rayonunda Novruz şənliyi

Bərəkət və xeyirxahlıq təcəssümü olan Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da böyük təntənə ilə qeyd edilir. Bayramın keçirilməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq yerlərdə silsilə tədbirlər keçirilmişdir. Rayonda yaşayan 500-dən çox aztəminatlı və şəhid ailəsinə bayram sovqatları verilmişdir.
S. Vurğun və Vaqif prospektlərinin kəsişməsində yerləşən parkda böyük bayram şənliyi keçirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bu gözəl bayram münasibətilə təbrik etdi və xoş arzularını bildirdi. O bildirdi ki, böyük inkişaf yolu ilə irəliləyən, bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan bu il də Novruz bayramını ruh yüksəkliyi və xoş ovqatla qeyd edir. Xalqımıza məxsus bütün müsbət keyfiyyətləri, gözəl adət-ənənələrimizi, mənəvi dəyərlərimizi özündə parlaq əks etdirən Novruz əbədiyaşar bayramdır.
Şənlik böyük konsert proqramı ilə davam etdi. Novruzun simvolları olan Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradırdı. Rayonun ümumtəhsil və musiqi məktəbləri şagirdlərinin, N. Sarabski adına Mədəniyyət evi kollektivi üzvlərinin ifaları hamını riqqətə gətirdi. Məktəbli qızların məharətlə ifa etdikləri rəqslər, səslənən gözəl nəğmələr hamıda əsl Novruz təəssüratı və bayram əhval -ruhiyyəsi yaratdı.
Bütün bayram iştirakçıları Novruz sovqatları - paxlava, qoğal, şəkərburaya qonağ edildi. Həmin gün burada unudulmaz xalq şənliyi keçirildi.
Tədbirdə Milli Məclisin deputatları Aytən Mustafayeva və Ziyad Səmədzadə iştirak edirdilər.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında