Ağstafa şəhərində əsaslı şəkildə təmir olunmayan bina, asfalt çəkilməyən küçə qalmayacaq…

          Artıq Ağstafa şəhərinin sakinləri adət ediblər. Bilirlər ki, rayon icra hakimiyyətinin başçısı onların yaşadığı əraziyə gəldisə, deməli binaları öz görkəmini dəyişəcək, küçələri asfaltlanacaq, digər abadlıq-quruculuq, yaşıllıq işləri aparılacaqdır.

          Bu dəfə belə bir xoş günü İlham Həsənov küçəsinin sakinləri yaşadılar. Rayon icra hakimiyyətinin başçısı  Məhərrəm Quliyev müvafiq təşkilatların rəhbərləri ilə birlikdə bura gəldi və sakinlərin əhatəsində kommunal yaşayış binasına baxış keçirdi. İcra hakimiyyətinin başçısı bildirdi ki, yaxın günlərdə İlham Həsənov küçəsində təmir-tikinti işlərinə start veriləcəkdir. Digər şəhər küçələri kimi bu küçəyə də yeni asfalt örtüyü salınacaq, sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün piyada səkiləri düzəldiləcək, bardurlar qoyulacaq, yerə dekorativ daş düzüləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq, kommunikasiya xətləri dəyişdiriləcəkdir. Kommunal yaşayış binasının dam örtüyü də dəyişdirilərək təmir-bərpa işləri həyata keçiriləcəkdir.

          Sakinlər son illər Ağstafada həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

          Görüşdə sakinlərin müraciət və irəli sürdükləri təklifləri diqqətlə dinləyən rayon rəhbəri məsələlərin operativ qaydada həlli istiqamətində aidiyyatı təşkilatların rəhbərlərinə konkret tapşırıqlarını verdi və qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyev adamların sosial məsələlərinin həllini bir vacib məsələ kimi bizə tapşırıb. «Sizin üçün nə olunursa, hamısı cənab Prezidentimizin diqqət və qayğısı sayəsində olur. Biz, o cümlədən mən, sadəcə icraçılarıq».

                   Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında