Əsir götürülmüş Azərbaycan əsgərinin və saxlanılmış Ermənistan vətəndaşının qaytarılması prosesi insidentsiz başa çatmışdır

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından daxil olmuş məlumatda deyilir ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli və 2011-ci il 5 mart tarixli birgə bəyanatlarına uyğun olaraq, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində 2011-ci il martın 17-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 2009-cu il mayın 10-da Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri, 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil verilmişdir. Eyni zamanda, 2009-cu il mayın 9-da respublikamızın ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç qarşı tərəfə qaytarılmışdır. 
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında