Bolqar jurnalistlər Tərtər rayonunda

Müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədi ilə Tərtər rayonuna səfər etmiş Bolqarıstanın BTV telekanalının muxbiri İvan Serafimov Georgiev və operator Boris Lyubenov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

İcra başçısı çəkiliş qrupuna rayon haqqında ətraflı məlumat verərək bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələrinin atəşkəs rejimini mütəmadi pozması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər isə xəsarət alır, şəhid olur.

Daha sonra qeyd edilib ki, düşmənin yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törətməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi axışmasına gətirib çıxarır. Nəticədə, ziyanvericilər kənd təsərrüfatı məhsullarını məhv edir.

Erməni silahlı quldurlarının işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə becərmə işlərində çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bütün bu çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri pambıqçılq, baramaçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.

Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sonra bolqar jurnalistlər rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndlərində sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Qonaqlar ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə vaxtilə özlərinin ucaltdıqları “Marağa 150” abidəsinin qalıqlarına da baxıblar.

R.TAHİR,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında