Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür

Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov martın 17-də Bakı Əyləncə Mərkəzində partiyanın Gənclər Birliyinin (GB) Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə demişdir.
Gəncləri Novruz bayramı münasibətilə təbrik edən YAP sədrinin müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Ə.Əhmədov vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müstəqil Azərbaycan dövlətinin müasir gəncliyin inkişafı ilə bağlı mühüm proqramların həyata keçirdiyini qeyd edən Ə.Əhmədov demişdir ki, gənclərin yüksək təhsil alması, bilik və bacarıqlarını inkişaf etdirməsi üçün hər cür şərait yaradılmışdır.
YAP sədrinin müavini ölkəmizin müasirləşməsində, ictimai-siyasi həyatında partiyanın gənclərinin yaxından iştirak etdiyini bildirmiş və onları daha da fəal olmağa çağırmışdır.
YAP GB-nin sədri Seymur Orucov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və başqaları da tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmiş, dövlətimizin başçısının müasir Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Gənclər Birliyinin Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak etmişlər.
Sonda konsert proqramı olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında