Çinin nüfuzlu mətbu orqanlarında Novruz bayramı haqqında məqalələr dərc olunmuşdur

Azərbaycanın Pekindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında Çin Xalq Respublikasının nüfuzlu mətbuat orqanlarında Novruz bayramına aid məqalələr dərc olunmuşdur.
Xalqımızın çox qədim kökləri olan zəngin mədəni irsi, milli adət-ənənələri, mətbəxi, geyimləri, bayramları və s. məsələlərin təbliği Azərbaycanın Çindəki səfirliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə səfirlik tərəfindən Novruz bayramı haqqında ingilis və Çin dillərində geniş material hazırlanmışdır. Bu materiallarda Novruz bayramının tarixi və ənənələri, baharın rəmzləri, çərşənbələr, həyatın oyanışı və ruhun yeniləşməsi ilə həmahəng olan Novruzun təmizlik, sevinc və gözəllik bayramı olması, bayramın ailə və dost tanışla necə qeyd edilməsi, qapı pusmaq, papaq atmaq, bulaq başına çıxmaq, xoruz döyüşdürmək, deyimlər və s. atributları haqqında geniş məlumatlar əks olunmuşdur. Materiallar Novruzun ritual elementləri - Novruz süfrəsi, səməni cücərtmə, tonqal qalama, yumurta boyama və döyüşdürmə, Kosa və Keçəl, kəndirbaz oyunu, nəğmələr və s. kimi adət-ənənələrə dair xeyli şəkillərlə müşayiət olunur.
Çinin ilk əsas milli gündəlik qəzeti və ölkənin beş əsas dövlət xəbər saytlarından biri hesab olunan "China Daily" qəzetinin internet səhifəsində "Azərbaycanda Yeni ilin - "Novruzun" qeyd edilməsinin adət və ənənələri" başlığı ilə məqalə dərc edilmişdir. Çin və ingilis dillərində olan bu sayta gündə təxminən 5 milyondan çox oxucu baxır.
Çin İnternet İnformasiya Mərkəzində - Dövlət Şurasının İnformasiya İdarəsi və Pekin Beynəlxalq Nəşriyyat qrupunun himayəsi altında fəaliyyət göstərən dövlət portalında Çin və ingilis dillərində "Celebration of Novruz in Azerbaijan" başlığı altında məqalə dərc olunmuşdur.
Çin İnternet Televiziya Stansiyasının səhifəsində Çin dilində "Azərbaycanda yeni il "Novruz bayramı" başlığı ilə material yerləşdirilmişdir.
Bundan əlavə, dövlət səviyyəli ən böyük beynəlxalq yarmarka - Qərbi Çin Beynəlxalq Yarmarkasının (WCIF) internet səhifəsində, Çin Xalq Respublikasının Ticarət Nazirliyi (MOFCOM) və Çin Beynəlxalq Elektron Ticarət Mərkəzinin, Çin Mərkəzi Televiziyasının internet səhifəsində və bir neçə digər nəşrlərdə mövzu ilə bağlı məqalələr dərc olunmuşdur.
Xatırladırıq ki, bunlardan əvvəl səfirliyin apardığı işin nəticəsi olaraq, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Jenmin Jibao" qəzetində "Traditions and customs of Azerbaijan- celebration of Novruz" adlı geniş material dərc olunmuşdu. "Jenmin Jibao" qəzeti 3-4 milyon nüsxə tirajla bütün dünyada Çin, ingilis, yapon, fransız, ispan, rus və ərəb dillərində nəşr edilir.

{nl}

Şahin CƏFƏROV AzərTAc-ın xüsusi müxbiri
Pekin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında