Zoran Toner: Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn normalarına və prinsiplərinə söykənir

Martın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü Zoran Toner ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə E.Məmmədyarov avropalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tərəflər arasında aparılan danışıqlar prosesindən bəhs edərək məsələnin diplomatik yolla həlli potensialının hələ tükənmədiyini bildirmişdir. Nazir 2010-cu ilin mayında Avropa Parlamenti tərəfindən "Avropa İttifaqının Cənubi Qafqaza dair strategiyaya ehtiyacı" adlı qətnamənin qəbul edilməsini və orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair əks olunmuş mövqeyi yüksək qiymətləndirmişdir.
Z.Toner isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin beynəlxalq hüququn normalarına və prinsiplərinə söykəndiyini vurğulamışdır.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında