Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir

Martın 16-da Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. 
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nı təsdiq etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının 1.30-cu bəndinə əsasən Nazirlər Kabineti özünün 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 372) ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 1 və 2 nömrəli əlavələrinə və 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 549) ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"na bəzi dəyişikliklər etmişdir.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 15.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında" qərar qəbul etmişdir.
Bu qərar 2011-ci il martın 1-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında