Ümumdünya Qadın Sammitində Azərbaycan ən fəal təmsil olunan 5 ölkədən biri elan edilib

Avstraliyanın paytaxtı Sidneydə dünyanın 50-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı Ümumdünya Qadın Sammiti keçirilib. Sammitdə müxtəlif ölkələri təmsil edən yüksək vəzifə sahibləri, millət vəkilləri, iş adamları, QHT rəhbərləri olan xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad sammitdə ən fəal təmsil olunan 5 ölkəni elan edib. Azərbaycan həmin 5 ölkədən biri olub. Azərbaycan nümayəndə heyəti üzvləri sammitin işində fəal iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək, onları Azərbaycanla bağlı məlumatlandırıblar.

Milli Məclisin ­deputatı Qənirə Paşayeva sammit çərçivəsində müxtəlif panellərdə iştirak edərək ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, qadınların cəmiyyətdə rolu barədə geniş məlumatlar verib.

İqtisad Universitetinin prorektoru Səadət Qəndilova sammitin işində fəal iştirak edərək Azərbaycan qadınlarının təhsil sektorunda geniş rolu,  ümumiyyətlə, təhsil sahəsində həyata keçirilən önəmli layihələr, beynəlxalq əməkdaşlıq istiqamətinə verilən diqqət və bunun önəmi barədə qadınların və cəmiyyətin inkişafında təhsilin və qadınların təhsilli olmasının vacibliyi ətrafında geniş fikirlərini bölüşüb.

Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova da bu istiqamətdə fikirlərini geniş şəkildə sammit iştirakçıları ilə bölüşüb. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, “İşgüzar Qadınlar Naminə” İctimai Birliyinin sədri Sürəyya İsmayılova Azərbaycanda qadınları iqtisadi sahədə rolunun genişləndirilməsi istiqamətində həyata keçirlən layihələr, dövlətin dəstəyi, əldə edilən uğurlardan danışıblar.

Ölkəmizin fəal qadınları Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova sammit çərçivəsində digər ökələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycanın tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə rolu ilə bərabər Dağlıq Qarabağ problemi barədə məlumatlar veriblər.

Qeyd edək ki, dünyanın 50 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçirilən sammitdə qadınların iqtisadi fəaliyyətinin yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında