Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin direktoru, daxili xidmət general-polkovniki Aleksandr Reymerin başçılıq etdiyi nümayəndə heyəti martın 15-dən Azərbaycanda işgüzar səfərdədir. 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, səfərin əsas məqsədi iki ölkənin penitensiar xidmətləri arasında əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi aparmaqdır.
Rusiya nümayəndə heyəti martın 16-da Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Sonra rusiyalı qonaqlar ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi Mədət Quliyevlə görüşmüşlər.
M.Quliyev qonaqlara, son illərdə penitensiar sistemdə görülmüş işlər, cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat vermişdir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlərdən danışmışdır.
Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin əməkdaşları Azərbaycanda cəzaların icrası ilə məşğul olan qurumların fəaliyyətlərinin əsas istiqamətləri ilə tanış olmuşlar.
A.Reymer Rusiya Cəzaların İcrası Federal Xidmətində həyata keçirilən islahatlar çərçivəsində yeni inkişaf konsepsiyasının, habelə cəza-icra sisteminin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Beynəlxalq təcrübənin, o cümlədən Azərbaycanın cəza-icra sistemində əldə olunmuş nailiyyətlərin öyrənilməsinin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Səfər çərçivəsində Rusiya nümayəndə heyəti ilə Ryazan Hüquq və İdarəetmə Akademiyasının məzunları olmuş və hazırda Azərbaycanın Penitensiar Xidmətində çalışan əməkdaşların görüşü təşkil edilmişdir.
Rusiya nümayəndə heyəti Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına baş çəkmiş, müəssisənin fəaliyyəti və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında