ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz şənliyi keçirilmişdir

Martın 17-də ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. 
Səfirliyin əməkdaşları və onların ailə üzvləri üçün təşkil edilmiş tədbirdə Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülmüş, milli təamlarla zəngin bayram süfrəsi açılmışdır.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə milli bayram münasibətilə Azərbaycan xalqını təbrik etmiş, ən xoş arzularını dilə gətirmişdir. Səfir ilk dəfə ölkəmizdə Novruz bayramını qeyd etməkdən məmnun olduğunu vurğulamışdır.
Tədbirdə iştirak edən xarici qonaqlara Novruz bayramı haqqında məlumat verilmiş, bu günün baharın gəlişinin müjdəçisi olduğu diqqətə çatdırılmışdır.
Mərasim milli musiqi və rəqslərlə davam etmişdir.
Tədbirin sonunda səfirliyin əməkdaşları Novruz adət- ənənəsinə uyğun olaraq bayram tonqalının üzərindən tullanmışlar.
Bayram mərasimi qonaqlarda dərin təəssürat oyatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında