Azərbaycan meyvə-tərəvəz ixracını 22 faiz artırıb

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında bildirilir ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 111 milyon 131,18 min ABŞ dolları dəyərində 104 min 311,18 ton meyvə-tərəvəz ixrac edib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 19 min 575,07 ton və ya 21,67 faiz çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 23 milyon   840,24 min dollar və ya 27,31 faiz çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 87 milyon 290,94 min dollar dəyərində 85 min 736,11 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 1,97 faizini təşkil edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında