Bu ilin ilk rübündə Azərbaycanda 765 min iş yeri açılıb

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 aprel 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 765 min olmaqla 565,2 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yerləri açılıb.  Bu dövrdə yaradılmış iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında