Türkiyənin Tarsus şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan körpünün açılışı olmuşdur

Türkiyənin Tarsus şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan körpünün açılış mərasimi olmuşdur.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Tarsusa gəlişinin 88-ci ildönümü çərçivəsində keçirilən mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Şimali Kipr xalqının lideri Dərviş Əroğlu, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Bakının Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Tarsus bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, siyasi partiyaların təmsilçiləri və şəhər sakinləri iştirak etmişlər.
Tarsus bələdiyyəsinin sədri Burhanəddin Kocamaz Azərbaycan nümayəndə heyətini və Şimali Kipr xalqının liderini salamlayaraq, Heydər Əliyevin adını daşıyan körpünü iki qardaş xalq arasında bir könül körpüsü adlandırmışdır.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov ulu öndər Heydər Əliyevin adının Tarsus şəhərində yaşadıldığı üçün şəhər bələdiyyəsinə təşəkkürünü bildirmişdir. Xalqlarımızın iki ulu öndəri - Mustafa Kamal Atatürk və Heydər Əliyevin daim xalqlarımızın qəlbində yaşayacaqlarını vurğulayan deputat, gələcək nəsillərin də türk dünyasının bu dahi şəxsiyyətlərinin ideyalarını yaşadacaqlarını demişdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Şimali Kipr xalqının lideri Dərviş Əroğlu və Tarsus bələdiyyəsinin sədri Burhanəddin Kocamaz körpünün açılışını bildirən lenti kəsdikdən sonra qurban kəsilmişdir.
Azərbaycan nümayəndə heyəti Dərviş Əroğlunun adını daşıyan parkın açılışında və Atatürk meydanına xalq yürüşündə də iştirak etmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Tarsus


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında