Prezident İlham Əliyev Naxçıvana 55 milyon manat ayırdı - SƏRƏNCAM

naxcivantv.az saytından aldığımız xəbərə görə, Ölkə başçısının imzaladığı sərəncamlara əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 30 milyon manat, Gücü 36 meqovat olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10  milyon manat vəsait ayrılıb.

 

Dövlətimizin başçısı həmçinin, muxtar respublikada aqrar sahədə aparılan uğurlu islahatların davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Pilot” layihəsi çərçivəsində min   hektar əkin sahəsində müasir suvarma – yağışyağdırma  sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə  5  milyon manatın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılılması barədə də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi  ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon, ümumilikdə 55 milyon manat ayrılıb.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında