Ağstafada bu il 4 tondan çox barama gözlənilir…

Baramaçılığın inkişafı Ağstafada diqqət mərkəzindədir. Xüsusilə Ölkə Prezidentinin müvafiq tapşırığından sonra rayon icra hakimiyyəti bu sahəni tam nəzarətə götürmüş, barama istehsalını artırmaq üçün kümçülərə hərtərəfli şərait yaratmışdır. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev vaxtaşırı bu sahə ilə məşğul olan adamların yanına gedir, işin gedişi ilə yaxından tanış olur, problemlərini öyrənir və elə yerindəcə onların həllinə çalışır. Bütün bunların nəticəsidir ki, Ağstafa üçün  ənənəvi təsərrüfat sahəsi hesab edilən baramaçılığın inkişaf prespektivləri hər il daha da yüksəlir.

Rayonda baramaçılıqla məşğul olmaq istəyən kümçülərə ümumilikdə 104 qutu pulsuz barama qurdu toxumu paylanılmışdır. Ötən illərlə müqayisədə bu il Ağstafada daha çox, yəni 4 tondan artıq barama istehsalı nəzərdə tutulur.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə bu dəfə Köçvəlili kəndinə gedib, ipək qurdlarının yetişdirilməsi məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub. İcra hakimiyyətinin başçısı ilə söhbətdə kümçülər bildiriblər ki, məntəqədə yaradılan şəraitin yüksək səviyyədə olması, hərtərəfli dəstək belə deməyə əsas verir ki, cari ildə daha çox barama istehsal olunacaqdır.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında