Valideyn himayəsindən məhrum olmuş uşaqlar xüsusi diqqətdə saxlanılır

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən bir qrup deputat Novruz bayramı ərəfəsində Bakının Mərdəkan qəsəbəsində fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbində kimsəsiz uşaqlarla görüşmüşdür.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov uşaqları Novruz bayramı münasibətilə təbrik etmiş, onlara göstərilən dövlət qayğısından danışmışdır. Ə.Əhmədov valideyn himayəsindən məhrum olmuş uşaqların xüsusi diqqətdə saxlanıldığını, gələcək nəslin tərbiyəsinə və təhsilimizin inkişafına böyük əhəmiyyət verildiyini vurğulamışdır.
Sonra Milli Məclisin deputatları internat məktəbində uşaqlar üçün yaradılmış şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, 238 nəfər kimsəsiz uşağın təlim-tərbiyə ilə əhatə olunduğu məktəb 1985-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağı 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuşdur.
Sonda uşaqlara bayram hədiyyələri paylanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında