ABŞ Azərbaycanlıları Şəbəkəsi Vaşinqtonda məlumatlandırma tədbiri təşkil etmişdir

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) ABŞ Konqresini məlumatlandırmaq səyləri çərçivəsində Vaşinqtonda tədbir təşkil etmişdir.
USAN-dan bildirmişlər ki, ABŞ-ın bir çox tanınmış siyasi xadimləri, Konqres rəhbərləri və Vaşinqtonda akkreditə olunmuş diplomatlar Azərbaycan diasporunun təşkil etdiyi bayram tədbirində iştirak etmişlər.
Tədbirdə iştirak edən Konqres üzvləri, o cümlədən Ohayo ştatından olan respublikaçı və indiki sədr Con Boner, senator Bob Mançin, konqresmenlər Dan Börton, Fil Qinqrey və digər qonaqlar, Azərbaycan-Amerika icması tərəfindən siyasi maarifləndirmə aparılması, federal və ştat rəsmiləri ilə daha çox əlaqələrin qurulması istiqamətində görülmüş işlərlə tanış olmuşlar.
ABŞ mətbuatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımı barədə dərc edilmiş materiallar, USAN-ın son nailiyyətlərindən olan Texas Parlamentinin Nümayəndələr Palatasında Amerika azərbaycanlıları ilə bağlı qəbul olunmuş ilk qətnamə Konqres rəhbərlərinə təqdim olunmuşdur.
USAN Konqresi məlumatlandırmaq üçün tədbirlərini bundan sonra da davam etdirəcəyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında