Ailə cəmiyyətin təməli, dövlətin sosial dayağıdır

Paytaxtın Nəsimi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində  “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyasında milli-mənəvi dəyərlərimizin qorunması vəzifələri sırasında dövlətin sosial dayağı sayılan ailənin sağlam təməllər üzərində qurulması və möhkəmliyinin təmin edilməsi önəmli hədəflər sırasındadır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu xəttə uyğun olaraq gənc ailələrin qayğılarını daim diqqətdə saxlayır, onların çeşidli problemlərinin həlli ilə bağlı ardıcıl, sistemli tədbirlər həyata keçirirlər.

Müzakirələrdə çıxış edən Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin rəisi Reyhanə Kərimova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova, 20 saylı şəhər poliklinikası baş həkiminin müavini Nəzakət Həsənova, psixoloq Yeganə Özçələbi qeyd etmişlər ki, Azərbaycan ailəsi böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və qayğı kimi mənəvi sütunlara söykənir. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər sırasında ailənin möhkəmliyi mövzusuna önəm verilməsinin dövlət təhlükəsizliyində bu məsələnin təsirli rolu ilə bağlı olduğunu vurğulamışlar.

Toplantıda 40-50 il birgə ömür sürmüş Əfəndiyevlər, Məmmədovlar və Qəhrəmanovlar ailələrinin üzvləri keçdikləri mənalı ömür-gün yolundan  söz açmış, AXC-nin 100 illiyi ərəfəsində yeni ailə quracaq cütlüklərə tövsiyələrini vermişlər.

* * *

 

Qeyd olunan aktual məsələlər Nəsimi RİH-in Beynəlxalq Ailə Günü münasibətilə Ədliyyə Nazirliyi ilə birgə təşkil etdiyi mərasimdə də diqqət mərkəzində olmuşdur.

Rayonda yaşayan  və 50 ilə yaxın  birgə ömür sürən  25  ailənin,  yeni ailə quran  4  cütlüyün  və  nüfuzlu qonaqların  iştirakı ilə keçirilən şənliyi giriş sözü ilə açan RİH başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizin Beynəlxalq Ailə Gününün humanist missiyasına sadiqliyini vurğulamışdır. O qeyd etmişdir ki, bütün bəşəri çağırışlara yüksək səviyyədə qoşulan Azərbaycan dövləti ailə problemlərinin həllini də öz siyasətinin üstün istiqaməti kimi gerçəkləşdirir.

Nəsimi rayon qeydiyyat şöbəsinin rəisi Aynur Sabitova ailənin möhkəmliyinin zəruri əsasları barədə ətraflı söz açmış, AXC-nin 100 illiyi ərəfəsində nigaha daxil olan cütlüklərə səadət, mehriban ailə həyatı arzulamışdır.

Mərasimdə uzun illər birgə ömür sürmüş ağsaqqallar və ağbirçəklər Beynəlxalq Ailə Günündə onların iştirakı ilə  kəbinləri kəsilən cütlüklərə xeyir-dua vermiş, tövsiyələrini bildirmişlər. Sonda rayonun 25 nümunəvi ailəsinə fəxri diplomlar təqdim olunmuşdur.

Həmin gün yeni ailə quran gənclər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında yubileyi ərəfəsində nigah bağladıqları AXC-nin 100 illiyi şərəfinə 100 qızılgül  kolu əkmişlər.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında