Kürdəmir rayonunun Təklə kəndinə təbii qaz verilmişdir

Kürdəmir rayonundakı Təklə kəndinin sakinləri Novruzu ikiqat bayram sevinci ilə qarşılayırlar. Uzun fasilədən sonra kəndə təbii qazın verilməsi bərpa olunmuşdur. Bu məqsədlə 11 kilometr məsafədən polietilen boru ilə yeni qaz xətti çəkilmiş, 4 kilometrlik kəndarası qaz kəməri yenidən qurulmuşdur.
Martın 17-də "mavi yanacağ"ın verilməsi münasibətilə kənddə mərasim keçirilmişdir. Tədbiri açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılmış uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmirdə həyata keçirilən layihələrdən danışmış, bu layihələrin rayonda sosial infrastrukturun yeniləşməsinə, nəticə etibarı ilə insanların həyat tərzinin yaxşılaşmasına xidmət etdiyini söyləmişdir.
Bildirilmişdir ki, son illərdə rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpası istiqamətində ardıcıl işlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində son 7 ildə 19 kəndə "mavi yanacaq" verilmişdir. Hazırda şəhərdə və 19 kənddə 9 min 541 abonent təbii qazdan istifadə edir. Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Artıq Ağsu-Kürdəmir magistral qaz xətti polietilen borularla yenidən çəkilmişdir.
Kənd ağsaqqalı İbrahim İsgəndərov və başqaları çıxış edərək bölgələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov və qonaqlar kənd ağsaqqalı Rəşid Rəhimovun evində qonaq olmuş, çay süfrəsi arxasında ailənin yaşayışı ilə maraqlanmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında