Respublika daxili işlər orqanlarının əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşmüşlər

Xalqımızın çoxəsrlik milli adət-ənənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz ərəfəsində respublika daxili işlər orqanlarının əməkdaşları Sabirabadda məcburi köçkünlərlə görüşmüşlər. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, martın 17-də Azərbaycanın daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-in nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış məcburi köçkünlərlə görüşmüşlər.
Nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi adından bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Məcburi köçkünlərlə, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi ilə belə görüşlərin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan polis general-leytenantı Əsgər Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində ciddi islahatların həyata keçirildiyini, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkəmizdə dönməz sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulamışdır. Nazir müavini ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan dövlətimizin başçısının yeritdiyi uğurlu xarici və daxili siyasət xəttinin yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqları ilə nəticələnəcəyinə əminliyini bildirmişdir.
Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmiş və Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini qeyd etmişlər.
Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış məcburi köçkünlərə çatdırılmışdır.
Bundan əlavə, daxili işlər orqanları əməkdaşlarının topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında