Xızıda Yeni Yaşma kəndinin sakinləri daimi içməli su ilə təmin ediləcə

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonunun Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

ASC-dən verilən məlumata görə, Yeni Yaşma kəndində 1990-cı illərdə içməli su şəbəkəsi yaradılsa da, magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı.

Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib. Bu məqsədlə icra olunan layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma qəsəbəsinə 5,3 kilometr  uzunluğunda özüaxımlı magistral su kəmərinin tikintisinə başlanılıb. Bununla paralel olaraq kənddə 9,7 kilometr uzunluğunda yeni içməli su şəbəkəsi yaradılır və hər bir ünvana birləşmə verilərək 350 ədəd sayğac quraşdırılacaq. Artıq su xətlərinin 7 kilometrdən çox hissəsi inşa edilib. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasosun quraşdırılması da  layihələndirilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Yeni Yaşma kəndinin sakinləri daimi  içməli su ilə təmin ediləcək. Ümumilikdə yeni layihənin icrasından kəndin 2600 sakini faydalanacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında