Novruz bayramı münasibətilə keçirilən jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) Müşahidə Şurasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə martın 17-də yekun vurulmuşdur.
Tədbirdə KİVİDDF-in icraçı direktoru Vüqar Səfərli 7 istiqamət üzrə elan edilən müsabiqədə ümumilikdə 71 jurnalistin iştirak etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında, 1 nəfər isə region mətbuatında çalışanlar üçün) qalib elan edilməsi nəzərdə tutulmuşdu. Lakin region KİV-lərində çalışan jurnalistlər tərəfindən cəmi 4 istiqamət üzrə yazı təqdim edilmiş, onlardan ikisi qalib olmuş, ikisi isə yetərli bal toplaya bilməmişdir. Digər 3 istiqamət üzrə isə yazı təqdim edilməmiş və bu yerlər boş qalmışdır. Bundan sonra Müşahidə Şurası üzvlərinin qərarı ilə müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 25 bal müəyyən edilmişdir.
Beləliklə, 71 KİV təmsilçisinin iştirak etdiyi müsabiqədə 21 jurnalist qalib adını qazanmışdır. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul və fondun xüsusi diplomu təqdim olunmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mükafata layiq görülmüş jurnalistləri təbrik etmiş, onlara fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır. Şöbə müdiri demişdir ki, müxtəlif sahələr üzrə keçirilən müsabiqələr, o cümlədən mətbuat orqanlarına verilmiş birbaşa dəstək Azərbaycan mediasının maddi-texniki bazasının möhkəmlənməsinə imkan vermişdir. Bu istiqamətdə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu gün həmin tədbirlərdən birində iştirak edirik. Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqəyə təqdim olunmuş yazılar sırasından ən layiqliləri seçilmişdir.
Sonda tədbir iştirakçıları üçün bayram şənliyi təşkil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında