Laçın köçkünlərinə dövlət qayğısı artır

Laçın Rayon İcra Hakimiyyətindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, işğaldan sonrakı dövrdə rayon mərkəzi kimi tikilib abadlaşdırılan Taxtakörpü qəsəbəsinin qazlaşdırılması və içməli su  təminatının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin 5 mart  və 9  aprel 2018-ci il tarixli sərəncamlarının icrasına başlanmışdır.

Ölkə başçısının 16 fevral 2018-ci il tarixdə sərəncamında isə Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik  modul tipli ümumi orta məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, Laçın köçkünlərinə hərtərəfli dövlət qayğısının davamı olaraq, 2017-ci ilin oktyabr ayında Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunmuş binalarda 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində 50 ailə və Xətai rayonunda 465 ailə olmaqla cəmi 725 ailə yeni mənzillərə köçürülmüşdür. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş binalarda isə 165 laçınlı ailəsi evlə təmin olunmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında