Mübarizin "Hünər simfoniyası"

Yeni kitablar

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qeyrət və rəşadət yolu qısa müddətdə neçə-neçə sənədli və bədii əsərə mövzu olmuşdur. İstedadlı şair-publisist Balayar Sadiqin igid soydaşımıza həsr etdiyi "Hünər simfoniyası" poeması "MHS" - poliqraf" nəşriyyatında kitab şəklində işıq üzü görmüşdür.
Yeni nəşr Beynəlxalq Avrasiya Mətbuat Fondunda ictimaiyyət nümayəndələrinə təqdim olundu. Fondun rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin birinci müavini Ümid Rəhimoğlu Qarabağda erməni işğalçılarına hərbçi gəncliyin gücünü və niyyətini layiqincə göstərərək şəhid olmuş gizir Mübariz İbrahimovun dastanlara sığmayan qəhrəmanlığının mənzərəsini yaradan Balayar Sadiqin bu hünəri zamanında cavablandırdığını, dəyərli bir əsər yaratdığını bildirdi.
Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Məlahət Həsənova, Aqil Abbas, Qənirə Paşayeva, kitabın redaktoru şair Qulu Ağsəs və digər natiqlər çağdaş gənclikdə Vətən sevgisi, vətəndaşlıq borcu duyğusu yaratmaqda Mübariz İbrahimov timsalının ədəbi-bədii əsərlərlə kütləviləşdirilməsinin zəruriliyini vurğuladılar. Onlar bildirdilər ki, yeni nəslin sevimli qəhrəmanına, örnəyinə çevrilmiş Mübariz barədə yalnız ona layiq, oxucularda yüksək duyğular oyadan əsərlər yaratmaq lazımdır. Bu baxımdan Balayar Sadiq milli qəhrəmanın həyat yolunu dərindən öyrənmiş, onun yerinə yetirdiyi nadir missiyanı, xalqımızın öz qeyrətli oğluna bəslədiyi sonsuz ehtiramı poetik sözün istisi və rəngləri ilə simfoniyalaşdırmışdır.
Sonda müəllif poema haqqında söylənən xoş sözlərə görə razılığını bildirdi, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür etdi.
Mərasimdə Mübariz İbrahimov barədə yaradılan əsərlərin, eləcə də yeni poemanın geniş oxucu kütləsinə çatdırılmasının vacibliyi, bu işdə jurnalistlərin fəallıq göstərmələri vurğulandı. Bildirildi ki, əsər Novruz bayramı günlərində cəbhə xəttində yerləşən hərbi hissələrin birində Vətən keşikçilərinə də təqdim olunacaq.

{nl}

T.AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında