Balakəndə kənd yolları yenidən qurulur

Avtomobil Yolları Dövlət Agentliyindən alınan  məlumata görə, Balakən rayonunda bu il uzunluğu 54 kilometr olan daha 2 kəndlərarası avtomobil yolu yenidən qurulur. Hazırda həmin yollarda təmir-tikinti işləri sürətlə davam etdirilir.

Uzunluğu 29 kilometr olan Balakən-Qazbinə-İtitala avtomobil yolunun əsaslı yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişini rahatlaşdıracaq. Bu yolun istismar müddəti bitdiyi üçün payız-qış mövsümündə maşınların hərəkətində çətinliklər yaranırdı. İndi yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr olacaq.

8,5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin əhatə edən 25 kilometr uzunluğunda olan Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolu da 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bu yol da  uzun müddət təmir olunmadan istismar edildiyindən çökmələr, deformasiyalar əmələ gəlmişdi. Yolda maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları əsaslı yenidənqurma işləri aparır.

Hər iki avtomobil yolunun yenidən qurulmasında məqsəd  sakinlərin rayon mərkəzinə, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

R.TAHİR,
“Xalq qzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında