Oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi yad edilmişdir

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin keçirdiyi silsilə tədbirlər davam edir. Dünən isə RİH və rayon ictimaiyyətinin nümayəndələri 6-cı mikrorayonda yerləşən Zərifə Əliyeva parkında görkəmli alimin büstü önünə gül dəstələri düzmüş, xatirəsini yad etmişlər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etmişdir ki, görkəmli alim Zərifə Əliyeva bütün mənalı ömrünü oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etmişdir. Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından dəyərli elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün səmərəli pedaqoji fəaliyyət göstərmişdir.
Natiq daha sonra bildirmişdir ki, Z.Əliyeva istedadlı alim, pedaqoq və həkim olmaqla yanaşı, eyni zamanda, qayğıkeş ana, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. Zərifə xanım ulu öndərimizə həmişə mənəvi dayaq, arxa olmuşdur...
Tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qadınlar və rayon ağbirçəklər şuralarının birgə toplantısı ilə davam etdirilmişdir. Burada çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin daim ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirmişlər.{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında