Tədqiqatlar ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir

Kənd təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) gələrək İnstitutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 hektar açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyyələrini verib. Bildirib ki, institutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

İnstitutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında