Fermer evində elmi-praktiki seminar

Quba Fermer Evində Kənd Təsərrüfatı Nazirliyi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Quba Regional Aqrar Elm İnformasiya Məsləhət Mərkəzi (RAEİMM) və İspaniyanın “Viveros Veron” şirkətinin birgə təşkilatçılığı  ilə “Azərbaycanda meyvəçiliyin inkişaf potensialı. Yüksək gəlirli bağların təsisi üçün ispan texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilib.

 

Seminarı giriş sözü ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov açıb. Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədov və Nazirliyin Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov çıxış edərək meyvəçiliyin inkişafı ilə əlaqədar son illərdə görülmüş işlərdən danışıblar

Daha sonra İspaniyanın “Viveros Veron” şirkətinin rəhbəri Çus Veron “Azərbaycanda meyvəçiliyin inkişafı üçün qarşıya qoyulan məqsəd və vəzifələr, investisiyadan yüksək gəlirlilik” mövzusunda, “Viveros Veron” şirkətinin mütəxəssisləri: - Rikardo Molina “Bağın salınması üçün ilk addımlar”, Xulion Rodrigez “Bağın inkişafı üçün suvarmanın vacibliyi”, Xose Martin Çarles “Sortların düzgün seçilməsinin əhəmiyyəti – şaftalı, nektarin, ərik, gilas və badam bitkilərinin yeni sortları” və Fransisko Alaya “Badam bitkisinin becərilməsi” mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında