Fermerlərlə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kürdəmir rayonunda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirib.

Görüşün keçirilməsində əsas məqsəd pambıq sahəsində yaz-tarla işlərinin aparılması, pambığın becərilmə texnologiyasında bütün aqrotexniki qaydalara riayət edilməsi, pambıq sahələrinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində aparılması nəzərdə tutulan mübarizə tədbirləri və digər məsələlərlə yaxından tanış olmaqdır. 

Camal Quliyev fermerlərlə söhbətində bildirib ki, pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün əsas payız şumundan əvvəl torpağa fosfor və kalium gübrələrinin verilməsi, dondurma şumunun aparılması, zərərvericilərlə vaxtında mübarizənin aparılması vacibdir. Qeyd edilib ki, hazırda havanın yağıntılı və sərin keçməsi pambıq sahələrəində mənənələrin çoxalmasına münbit şərait yaradıb: “Mütəxəssis və fermerlərimiz diqqətli olmalı, ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tədbirlərini mütəşəkkil qaydada həyata keçirilməlidirlər. 

Görüşdə fermerlər pambıq bitkilərinin becərilməsi zamanı qarşılaşdıqları problemləri dilə gətiriblər. Fermerlərin qarşılaşdıqlar problemlər yerindəcə müzakirə edilib və onlara problemlərin həlli ilə bağlı müvafiq tövsiyyələr verilib.

Görüşün sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında