“Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində dövlət baytarlıq nəzarəti xidmətinə (DBNX) dəstək”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsinin bağlanışına həsr olunmuş tədbir keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub. Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun (BEB) tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarət olub.

Tvinninq layihəsinin bağlanış tədbirində Aİ-nin nümayəndəliyinin təmsilçisi, Fransa və Macarıstanın Azərbaycandakı səfirləri, Fransiz-Macar Konsorsumu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi(DTRA), Dünya Bankı, ACİP layihəsi, Tvininq layihəsinin Bakı ofisi, Kənd Təsərrüfatı, Səhiyyə,  Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, İDEA Heyvanlara Qayğı Mərkəzi və digər müvafiq aidiyyəti qurumların nümayəndələri  iştirak ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev tədbir iştirakçılarını Kənd Təsərrüfatı Nazirliyi adından salamlayaraq ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən tədbirlər barədə məlumat verib. Layihənin uğurla başa çatması münasibəti ilə layihənin icraçılarını və Dövlət Baytarlıq Nəzarəti Xidmətini təbrik edib və  Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı ilə birgə həyata keçirilən tədbirlər və onun səmərəli nəticələrdən danışıb.

Daha sonra Aİ-nın Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Jeroen Villems, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Olivye Fojer, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Lilla Egri, tərəfdaş ölkənin layihə rəhbəri (Fransa) Fransis Jeijer, 1-ci komponentin rəhbərləri Ramiz Salmanov və Jujanna Zogiyeni, 2-ci komponentin rəhbərləri Klement Əsədov və Akoş Jozviakı çıxış ediblər.

Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə gələcəkdə heyvan sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

                                                      Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında