Rəcəb Tayyib Ərdoğan: Azərbaycan-Ermənistan məsələsinin nizamlanması Türkiyənin də Ermənistan ilə probleminin aradan qaldırılmasında həlledici olacaqdır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasına səfəri çərçivəsində Moskvanın Diplomatiya Akademiyasındakı çıxışında vurğulamışdır ki, Türkiyə regionda Rusiya ilə birgə əməkdaşlıq edir. Bu, inkişaf və tərəqqinin təmin olunması məqsədini daşıyır. 
Baş nazir bildirmişdir ki, Türkiyə Cənubi Qafqazda beş ölkənin - Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanın iştirakı ilə əməkdaşlıq şurasının yaradılmasını təklif etmişdir. Bu təşəbbüs istənilən nəticə verməsə də, mühüm təklifdir. Məlumdur ki, bölgədə Azərbaycan ilə Ermənistan, Rusiya ilə Gürcüstan, habelə Türkiyə ilə Ermənistan arasında problemlər mövcuddur. İndi Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətindəki danışıqlara ATƏT-in Minsk qrupu deyil, Rusiya ev sahibliyi etməkdədir. Bu onu göstərir ki, Rusiya təşəbbüsü ələ almış və bu, olduqca vacib məsələdir. Türkiyə də bu prosesdə fəal iştirak edir. Çünki Azərbaycan-Ermənistan məsələsinin nizamlanması Türkiyənin də Ermənistan ilə probleminin aradan qaldırılmasında həlledici olacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri 
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında