Naxçıvanda yeni müəssisə istifadəyə verilib

“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ali Məclisin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat əsasən daxili imkanlar hesabına ödənilir. Bu gün istifadəyə verilən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi də özəl sektorun inkişafına göstərilən qayğı nəticəsində yaradılıb. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. Vüqar Abbasov sahibkarlığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirib 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz  Heydər Əliyevin “Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı sahibkarlığın inkişafından asılı olacaqdır”, - fikrini xatırladaraq deyib: Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə Prezidenti tərəfindən bu sahənin inkişafı ilə bağlı qanun, sərəncam və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. Dövlət tərəfindən kreditlərin verilməsi isə sahibkarlığın inkişafı üçün daha geniş imkanlar açmışdır...

Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq. Bu da muxtar respublikamızın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcəkdir. Eyni zamanda, müəssisədə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması və gələcəkdə işçi sayının artması ailələrə dəstəkdir.

Ali Məclisin Sədri müəssisədə keyfiyyətli məhsul istehsal olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb və istehsal prosesi ilə tanış olub. Bildirilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında